18:54 22.10.2017 2002

Yuri Syomin: "Bu, Qurban Qurbanovla bizim aramızdakı sirrdi"

Bir zamanlar "Qəbələ”nin baş məşqçisi olmuş, hazırda Moskvanın "Lokomotiv” klubunda çalışan Yuri Syomin "Moskva-Bakı” portalına müsahibə verib. Rus mütəxəssis Azərbaycan futbolundan və burdakı karyerasından danışıb. Fanat.az sözügedən müsahibəni təqdim edir.
 
- "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi bütün Azərbaycanda sevinclə qarşılandı. Əlbəttə ki, hamı sonrasının asan olmayacağını düşünürdü, ancaq ağdamlılar artıq ilk xalını da "Ateltiko” ilə oyunda qazandı. Demək olarmı ki, Azərbaycan futbolu artıq yeni bir mərhələyə addım atıb?
- Gəlin, əvvəlcə bundan başlayaq ki, qrup mərhələsində məğlubiyyətlərə baxmayaraq, ora yüksəlmək özü çox böyük uğurdu. Əsas olan odur ki, onlar doğru yol tutublar və daim irəli hərəkət edirlər. İki klub – "Qarabağ” və "Qəbələ” Azərbaycan futbolunu irəli aparır. Öncəliklə, bu iki komandada uşaq və gənclər futboluna böyük diqqət göstərilir. Yaxşı infrastrukturları var. "Qarabağ”ın Avropa nəhənglərinə məğlub olmasına gəlincə isə, hamı məğlub ola bilər. Əlbəttə ki, sizin komandanız elə bir səviyyədə deyil ki, dünyanın ən yaxşı futbolçularından qurulmuş komandalara qarşı hər oyun başa-baş mübarizə apara bilsin. "Qarabağ” və "Qəbələ” hələlik o səviyyədə futbolçular dəvət edə bilmirlər. Maddi və bir sıra başqa səbəblər var. Yenə vurğulayıram, "Qarabağ”ın Çempionlar Liqasında, "Qəbələ”nin Avropa Liqasında çıxış etmiş olmaları böyük uğurdu. Bu, həm də Azərbaycan futbolunun nailiyyətidi.
 
- Bahalı legioner oyunçular almaq inkişaf üçün yeganə yoldu?
- Siz öz resurslarınızla dünyanın ən yaxşı oyunçularından qurulmuş Avropa komandalarına qalib gələ bilməzsiniz. Bu, real deyil. Ümumiyyətlə, futbolda hələ belə praktika olmayıb.
 
- Sizcə, "Qarabağ” və onun baş məşqçisi nələr etməlidir ki, mövcud gücü saxlamaqla klub daha da böyüsün və güclənsin?
- Elə hazırda komandanın baş məşqçisi Qurban Qurbanovun elədikləri tam doğrudur. Uzun müddətdir birlikdə işlədiyi klub rəhbərliyi də ona tam inanırlar və güvənirlər. Çox perspektivli məşqçidir. Müasir futbolu yaxşı görür, düzgün analiz edir və görün komandanı hara qədər yüksəltdi. Yeri gəlmişkən, bizim onunla yaxşı münasibətimiz var və arada danışırıq. Sonuncu dəfə "Kopenhagen”i keçdikdən sonra ona zəng etmişdim. Biz Azərbaycan çempionatında rəqib olmuşuq və Qurbanla rəqabət çox xoşdu. Çünki o, çox ünsiyyətcil insan və yüksək səviyyəli peşəkardı. Təsadüfi deyil ki, onun qurduğu komanda bu gün bütün Azərbaycanın şərəfini qoruyur.
 
- Sirr deyilsə, o, sizə "Kopenhagen” haqqında nə dedi?
- Bu, bizim kimiz arasında sirrdir. Peşəkar söhbətlərdi.
 
- Qurban Qurbanovu yeni qrup məşqçilərə aid etmək olar. Bu məşqçilər nəslinin əsas xüsusiyyətləri nədir?
- Mən məşqçiləri yaşına görə yeni və köhnəyə bölməyin tərəfdarı deyiləm. Çox oyun izləyən, çox analiz edən adamlar istənilən yaşda yeni nəslə aiddir. Digərləri isə 30 yaşında olsalar da, köhnə kateqoriyalardan sayılır. Qurban çox işləyir, çox fikirləşir və həmişə özünəməxsus nəsə tapa bilir.
 
- Yeri gəlmişkən, kimdi onun müəllimi?
- Məncə, onun müəllimi həyatdı. Azərbaycanda və Rusiyada bir çox komandalarda çıxış edib. Bir çox məşqçilərlə işləyib, vacib deyil ki, konkret kimdənsə öyrənmiş olsun.
 
- Yuri Pavloviç, necə düşünürsüz, Çempionlar Liqasında uğurlu olmaq üçün ilk növbədə taktiki, texniki, fiziki hazırlıq daha çox önəmlidir, yoxsa psixoloji?
- Bütün bunlar kompleks şəkildə olmalıdı. Əvvəlcə sizə lazım olan düzgün oyunçuları seçməlisiniz. Daha sonra onları düzgün hazırlaşdırmaq lazımdı. Və nəhayət, səbrli olmalısınız. Gördüyüm qədərilə Azərbaycanda vəziyyət normaldı. Milli komanda pis oynamır, klub Çempionlar Liqasında çıxış edir. Bu, ölkədə futbolun səviyyəsini göstərir. Dövlətin dəstəyi də çox vacibdi. Azərbaycanda futbolla məşğul olmaq üçün uşaqlara çox qayğı göstərirlər. "Qəbələ”nin Akademiyası görürsünüz, necə qəşəngdi?
 
- Bəs siz Azərbaycandakı şəxsi iş təcrübənizi necə dəyərləndirə bilərsiniz?
- Çox müsbət dəyərləndirirəm. Bir çox insanlarla tanış oldum və indi də onlarla dostam. Azərbaycan futbolu haqqında indi daha çox şey bilirəm. Deyə bilərəm ki, Sovet dövrü ilə müqayisədə çox şey dəyişib.

- Fərq çoxdur?
- Sizə necə izah edim? Anatoli Banişevski və Kazbek Tuayev kimi eksklüziv futbolçular indi yoxdur, ancaq hər ölkənin müəyyən futbol periodu olur. İnanıram ki, vaxt keçəcək və orda yenidən dünya səviyyəli oyunçular yetişəcək. Bir zamanlar nəinki Azərbaycanda, bütün Sovet İttifaqı ölkələrində futbol itib-batmışdı. Ancaq inanıram ki, çətin dövrlər artıq arxada qalıb. Mən bütün qəlbimlə Azərbaycan futboluna uğurlar arzulayıram və ordakı bütün dostlarıma salam yollayıram.
 
Tərcümə: Apasport

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X