Futbol üzrə Azərbaycan Premyer Liqasında ad dəyişikliyi rəsmiləşib.
Fanat.Az-ın Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən məlumatına görə, "İnter” Peşəkar İdman Klubu bundan sonra "Keşlə” Peşəkar Futbol Klubu adı altında mübarizə aparacaq. "Keşlə” bununla bağlı bütün sənədləri PFL-ə təqdim edib.
Qeyd edək ki, yeni adla ilk oyun bu gün "İnter Arena"da "Kəpəz"ə qarşı olacaq. Oyun saat 15:00-da başlanacaq.
Fanat.Az