Topaz Premyer Liqasının XXV turu çərçivəsində doğma "divarlar arası”nda "Səbail”ə 1:2 hesabı ilə məğlub olan "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- Qələbəni əldən buraxdıq. Uduzmağa layiq deyildik. Bu oyunu udub, kuboka motivasiyalı getmək istəyirdik. Hər şey son oyunlarda həll olunacaq. Futbolçular meydanda çalışdılar. Ümid edirik ki, qarşıdakı oyunlarda sonluq qoymağı da bacaracağıq.
- Bəlkə istək, xarakter çatmırdı, qalib ruhu itib?
- Müəyyən inamsızlıq ola bilər. Ancaq xarakter var. Bu gün bir sıra oyunçularda həyəcan var idi. Ancaq xarakter var idi?
- Bu gün Rail Məlikov ehtiyatda qalmışdı. Onu Kubok üçün qorudunuz?
- Əlbəttə, müəyyən rotasiya etməli idik ki, Kuboka hazırlaşacaq. Builki acıları unutdurmaq üçün Kubokda uğurlu olmalıyıq. (Sport24.az)
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol