10:13 19.05.2019 1453

Sənan Qurbanov: "Futbolçular bunu yaxşı dərk edirlər"

"Bu oyun mən və komandamızda olan bəzi futbolçular üçün 4-cü final olacaq. Əvvəlki üç final matçında uğursuzluq yaşamışıq. Bunu dərk edirik".

 

 

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Kubokunun finalında "Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.


 

39 yaşlı mütəxəssis bildirib ki, kuboka yiyələnmək şansları var: "Mövsümü titulla başa vurub avrokuboklara yollanmaq şansımız var. Futbolçular bunu yaxşı dərk edirlər. Sabah ağır oyun olacaq. Final bir matçdan ibarətdir. Maksimum gücümüzlə, tam konsentrasiya ilə mübarizə aparmaq və kuboku qazanmaq istəyirik. Ötənilki finalı yaxşı xatırlayırıq. Hansı çatışmazlıqların olduğunu analiz etmişik. Meydançada əlimizdən gələni edəcəyik”.


 

Qurbanov klubunun saytına heyətdəki itkiləri hiss etdirməməyə çalışacaqlarını da qeyd edib: "Cəzalı futbolçular Sabien Lilay, Amin Seydiyev, həmçinin xəstə olduğu üçün oyuna gətirilməyən Ceyms Adeniyi finalda iştirak edə bilməyəcək. Bu, finaldır. Hər bir futbolçu maksimum dərəcədə istəklidir. İtkilərimiz də, onların yerini dolduran oyunçularımız da var. Futbolçularımızın gücünə inanırıq. Sabah bunları meydançada göstərmək üçün əlimizdən gələni edəcəyik. Oyun planında dəyişiklik yoxdur. İlboyu eyni sistemi tətbiq etmişik. Rəqibi analiz etmişik. Onların güclü və zəif cəhətlərini futbolçularımıza göstərmişik. Adeniyinin edə bildiklərini meydana çıxacaq futbolçumuza tapşırmışıq. Çalışacağıq ki, oyun sistemini komanda şəklində reallaşdıraq. Bu stadionda oynamışıq. Yaxşı ab-hava var idi. Hava şəraiti də hər iki komanda üçün yaxşıdır, eynidir. Meydana çıxıb mübarizə aparmalıyıq”.


 

Qeyd edək ki, Naxçıvanda keçiriləcək görüş saat 17:00-da başlayacaq.

 

 

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

Facebookdan bizi izləməyi unutmayın.
X