
Bu gün "Sumqayıt”ı Azərbaycan Kubokunun finalında yenən (1:0) "Qəbələ” ilk titulunu qazanıb.
Fanat.Az-ın məlumatına görə, 2005-ci ildən indiki adı ilə elitada oynayan "qırmızı-qaralar” indiyə qədər belə uğura sevinməyib. Bunadək 3 dəfə final oynamasına baxmayaraq uduzan bölgə təmsilçisinin elitada çempionluğu da yoxdu.
Sözügedən "Gilan” adı altında 1-ci divizionda 2005/06 mövsümünün qalibi olduğunu da nəzərə alsaq, Naxçıvan Muxtar Respublika stadionunda qazanılan kubok qəbələlilərin ilk elita tituludu.
Qeyd edək ki, "Qəbələ" ardıcıl 6-cı dəfə ölkəmizi Avroliqada təmsil edəcək. Sənan Qurbanovun yetirmələri mübarizəyə II təsnifat mərhələsindən start verəcək. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də baş tutacaq.Artıq "Qəbələ”nin püşkatma mərasimində hansı səbətdə yer alacağı da bəllidi. UEFA reytinqində əmsalı 6,250-ə bərabər olan "qırmızı-qaralar” səpələnmişlər səbətində yer alacaq.
Fanat.Az