21:14 23.02.2020 1710

Qurban Qurbanov: "Bəsit "sarılar" aldıq, daha doğrusu, verdilər"

"Gərgin oyun oldu. Hər iki komanda yaxşı futbol göstərdi”.

 

Fanat.Az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Azərbaycan Premyer Liqasının XVIII turunda "Sumqayıt” üzərində qazanılan zəfəri (1:0) şərh edib və jurnalistlərin suallarını cavablandırıb:


 "Vacib 3 xal qazandıq. Çempionatda hər oyuna daha ciddi yanaşmalıyıq”.


 

 

- Komandanın bombardiri Mahir Emreli yersiz hərəkətlə qırmızı vərəqə aldı. Onunla bu barədə söhbətiniz olacaqmı?

- Söhbət hər bir futbolçu ilə olur. Hər iki sarı vərəq epizoduna baxmaq lazımdır. Sarılıq hərəkət idimi? İkinci sarı vərəqədə topa müdafiəçidən tez çatmışdı. Bəsit "sarı”lar aldıq. Daha doğrusu, verdilər. Futbolçu istər-istəməz çılğın olur. Belə epizodda vərəqə vermək olmaz. Mahirə "sarı vərəqən var, ehtiyatlı oyna" demişdim.


 

- "Sumqayıt” sizə sürpriz edə bildimi?

- "Sumqayıt”la oyunlarımız həmişə gərgin keçir. Belə oyun gözləyirdik. İkinci hissə daha rahat oynadıq, xeyli sayda qol epizodlarımız oldu. "Sumqayıt” çempionatın ən yaxşı komandalarından biridir. Topla yaxşı rəftar edirlər, bir-birlərini tamamlayırlar. Oyunçuların potensialını da bilirdik. Özümüzü hazırlamışdıq.


 

- Ovusunun oyunu sizi qane etdimi?

- Normal oynadı. Bir neçə epizodda daha dəqiq ola bilərdi. Amma oyunda sürəti, mübarizəni artırdı. Hər futbolçu sonradan meydana çıxıb yaxşı oynamağı bacarmır. Ancaq Ovusu özünü yaxşı tərəfdən göstərdi. Ona inanırıq.


 

- Ramil Şeydayevin Azərbaycana qayıdışını necə qiymətləndirirsiz?

- Hamımız istərdik ki, xarici ölkələrdə futbolçularımızın sayı çox olsun. Amma bəzən duruma görə belə addım atılır. Oyun praktikası çox vacibdir. Əvvəldən belə istəyi olsaydı, yanvardan dərhal gələrdi. Yəqin ki, bir neçə variantı olub, alınmayıb. Ramilin böyük potensialı var. İşgüzarlığına görə həmişə razı qalmışıq. Daha səviyyəli çempionatlarda oynamaq lazımdır ki, inkişaf edəsən. Düşünürəm ki, onun inkişafı üçün gələcəkdə daha yaxşı variant düşünəcəklər.


 

- Toral Bayramovun çıxışına necə qiymət verirsiz?

- Toral son vaxtlar özünü yaxşı tərəfdən göstərir. Həm də Ailton Silva oyunu buraxırdı, cəzalı idi. Rəqibə görə Miçeli də meydana buraxdım. İlk dəqiqələrdən onun meydanda olmasını istədim. İlk oyunu olsa da, razı qaldım. İlk dəqiqələrdə Toral həyəcanlı idi, amma getdikcə sərbəst oynadı. Qol pasını da verdi.


 

- Onun ən optimal mövqeyi hansı olar?

- Hücumameyilli oyunçudur. Ön xətdə aktivdir. Müdafiədə oynamağı da bacarsa, ondan yaxşı sol cinah müdafiəçisi çıxar. Həm boy, həm sürəti, həm topla davranışı yaxşıdır. Belə oyunçunun olması da vacibdir. Ən əsası, yaxşı ötürmələri var, epizodlarda düzgün qərar verə bilir. Hələ bir az uşaq kimidir. Keçən ilin may ayından bəri bizimlədir. Həm xarakterində, həm oyununda çox dəyişiklik olub.


 

- Limitə düşən gənclərlə bağlı tez-tez rotasiyalar edirsiz. Bunu rəqiblərə uyğun edirsiz, yoxsa mövqelərə görə?

- Bir az rəqibə uyğun olmasına diqqət ayırırıq. Çalışırıq ki, bütün futbolçular ən azı 2-3 oyun oynasınlar. Tez böyümələri üçün onları oynatmağa çalışırıq. Onlara Rəşad Sadıqovun uşaqları deyirəm. Çünki onları Rəşad tapıb. İmkanım olsa, hamısını meydana buraxaram. Amma "Qarabağ” fərqli komandadır, birdən-birə bunu etmək olmaz. Gələcəkdə onların simasında kollektiv qurmaq fikrimiz var.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
12:37

“Neftçi” yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

Facebookdan bizi izləməyi unutmayın.
X