15:00 29.03.2020 2825

Qara yumor və ya endemik reaksiya

Nihat Ağasoy
 
Avropanın tanınmış  futbol klubları etirazlara məhəl qoymadan futbolçularının maaşlarını azaldır. Böyük biznes sahələrindəki durğunluğun çox ciddi maddi çöküşlə nəticələnəcəyi bəlli məsələdi. Qaçılmaz pul itkisi ilə üz-üzə qalanlar haqda "köhnə qitə”nin idman mətbuatından üzücü informasiyalar oxuyuruq. Ağıllı başların düşünüb formalaşdırdığı nəhəng sistemlər laxlayır, pul üzərində qurulmuş müasir, böyük futbol sarsılır. Hüquqi quruluşuna görə "Barselona” kimi 150 milyon avro ziyana düşənlər də var, futbolçularının əməkhaqqının 60 faizini həftəlik matçlardan gələn gəlirlərlə ödədiyi üçün belə vaxtda ümidi ianələrə qalanlar da...

8 Azərbaycan klubu elitada mübarizə aparır. Dünyanın çox yerində olduğu kimi, Premyer Liqamız da təxirə salınıb. Sərmayəçi və səhm anlayışından bixəbər, yaxın 10 ildə Açıq Səhmdar Cəmiyyətə (ASC) çevrilmək ehtimalı olmayan ölkə klublarının itirəcəyi nəsə yoxdu. Əksinə, gəlir gətirmədiyi halda, bu sahəyə pul ayırmağı boynuna götürənlər (könüllü və ya məcburi, fərqi yoxdu) müəyyən qənaət edəcək. 

Hemenqueysayağı desək, mövcud durumda bir qədər qara yumor qoxusu var. Sanki müasir dünya standartlarına cavab verməyən, gəliri xərciylə uzlaşmayan klublarımız səhm anlayışından bixəbərliyin verdiyi üstünlüyün, təhlükəsizliyin ağuşundadı.

Şər deməsən, xeyir gəlməz. Durğunluğa səbəb olan vəziyyət 4,5,6 ay da sürsə belə, Azərbaycan təmsilçiləri süqut təhlükəsiylə üz-üzə qalmayacaq. Oynaya-oynaya maaş alan oyunçulara evdə fərdi qaydada çalışdığına görə əməkhaqqı ödəyən sponsorların ilin əvvəlində "kisə”dən ayırdığının azalmaq, artmaq, dəyişmək ehtimalı yoxdu. Yəni avrokuboklarda iştiraka görə UEFA tərəfindən verilən müəyyən məbləği nəzərə almasaq, təmsilçilərimiz qazana bilmədiyi üçün itirmir.  

Bizim klubların qlobal pandemiya dönəmində düşdüyü duruma yetərincə endemik reaksiya verməsi geridəqalmışlığın qələbəsidi. Hərdən belə də olur.
 
Fanat.Az    
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

12:11

Toral Bayramov son matçda nə ilə yadda qaldı?

11:53

Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək

11:35

"Turan Tovuz" daha bir trasnferini açıqladı

11:17

"Neftçi" tilsimi qıra biləcəkmi?

10:59

Messi karyerasını bitirir - SON DURUM

10:41

"Araz-Naxçıvan" Bruno Frankonun müqaviləsinin müddətini uzadıb

10:23

ÇL: "Fənərbağça" mübarizəyə başlayır

Facebookdan bizi izləməyi unutmayın.
X