10:52 03.06.2020 1080

Maksim Medvedev: "Oyunlarımızda 25 dəqiqədən bir su fasiləsi olacaq"

"Qarabağ" klubunun futbolçusu Maksim Medvedevin müsahibəsi 

- Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq. Qərarı necə qarşıladınız?
- Çempionatın bərpa olunacağını çoxdan gözləyirdik. Amma tez başlamağa imkan yox idi. Artıq qərar verilib ki, iyunun 21-dən başlayacağıq. Həqiqətən mövsümün daha tez bərpa olunmasını istəyirdik. Gözləyirdik ki, mövsümü idman prinsiplərinə görə yekunlaşdıraq. Koronavirus səbəbindən müxtəlif problemlər oldu. Çalışacağıq ki, bu mövsümü yaxşı bitirək. 

- Artıq 3 aya yaxındır ki, normal məşq etmirdiniz. 3 həftə hazırlıq üçün kifayətdir? 
- Üç ay futbolsuz qaldıq, amma peşəkar futbolçular öz üzərlərində daim çalışırdılar. Kimsə qaçışa gedir, bir başqası evdə məşq edirdi. Amma bu məşqlər futbola uyğun deyildi. Bir az fiziki durumumuzu qoruyub saxlayırdıq. Əsas odur ki, komanda şəklində məşqlər bərpa olundu. Bunun üçün bizə 3 həftə vaxt verilib, inanıram ki, komandalar hamısı qısa müddətdə çalışacaqlar ki, performanslarını qaldırsınlar. Amma ümumiyyətlə, 3 aydan sonra cəmi 3 həftəlik məşq bir az çətin olacaq. Bu müddət ərzində formanı bərpa etmək olmur, ən azı 4-5 həftə lazımdır ki, futbolçu tam özünə gələ bilsin. 

- Çoxları düşünürdü ki, çempionatı bərpa etməyə ehtiyac yoxdur, "Qarabağ" növbəti dəfə asanlıqla çempion olacaq. Bu fikirlə razısınız?   
- Hər ölkədə müxtəlif sistemlərdən istifadə olundu. Eləsi var ki, çempionatı dayandırıb, eləsi də var ki, davam edəcək. Bir tərəfdən çempionatı yekunlaşdırmaq yaxşıdır, digər tərəfdən isə mövsümü axıra kimi oynasaq, yaxşı olar. Elə komandalar var ki, hansısa yerlər uğrunda mübarizə aparırlar. Onlar üçün çempionatı axıra kimi oynamaq daha önəmlidir. Amma gələcəyi və avrokubokları fikirləşsək, bütün komandalarda problemlər üzə çıxa bilər. Ona görə də necə yaxşı olacağı ilə bağlı biz qərar verə bilmərik. Heç kim necə olacağını bilmir. Çalışacağıq ki, hər şey qaydasında olsun. 

- Yayda çempionatı keçirmək nə dərəcədə düzgündür: Mövsümü ləğv etmək mümkün olmazdımı?
- Yayda çempionatı oynamaq bir az çətindir. Biz avrokuboklarda əziyyət çəkirdik. Hava çox isti olur, oynamaq demək olar ki, mümkünsüzdür. İndi artıq temperatur 28 dərəcədir. 21 gündən sonra bu, 32-33 dərəcəyə qalxacaq. Çox çətin olmasına baxmayaraq, bərpa barədə qərar verilibsə, oynamalıyıq. Amma necə olacaq, onu da düşünüblər. Beş əvəzetmə təşkil olunub, ola bilsin, bəzi xırda detalları da əlavə etsinlər. Bəlkə oyun ərzində 25 dəqiqədən bir su fasiləsi də təşkil edəcəklər. Çünki yayda oynamışam, çox çətindir. Tribunada oturmaq da çətindir, onda təsəvvür edin ki, futbolçular meydanda nələr çəkir.   

- Artıq ikinci dəfə koronavirus testindən keçəcəksiniz. Karyeranız ərzində sizdən müxtəlif testlər götürüblər. Koronavirus testi necə təcrübə idi, komanda üzvlərində hansısa narahatlıq oldu? 
- İlk testdən keçmişik, ikincidən də keçəcəyik. Əsas sağlamlıqdır, lazımdırsa, hamı keçməlidir ki, rahat olsunlar. İnanıram ki, klubda heç kimin sağlamlığında problem olmayacaq. Bütün futbolçular sağlam olsun. Çempionatın gedişatında belə hadisə baş versə, heç kim bunun nə ilə nəticələnəcəyini bilmir. İstərdim ki, bütün oyunçuların testləri neqativ olsun. 

- Bəzi futbolçuların yayda müqavilələri başa çatır. Elələri var ki, oynamaq istəmirlər. Buna münasibətiniz necədir? 
- Eşitmişəm ki, bütün klublarda belə bir problem var. Müqavilələr bitir, amma çempionat hələ yekunlaşmayıb. Ona görə futbolçularla danışmaq klublardan asılıdır. Oyunçuların özündən də çox şey asılıdır, elələri var ki, öz karyerasını daha üstün tutur və özünü qoruyub saxlamaqdan ötrü deyə bilər ki, oynamıram. Özünü növbəti sözləşməyə saxlamaq istəyə bilər. Amma eləsi də var ki, "Problem yoxdur, 1 ay da oynayaram, sonra isə müqavilə haqqında düşünürəm" deyəcək. Bu situasiya bir az individualdır, hamı fərqli fikirləşir. 

- Öz durumunuz necədir: Xüsusi karantin dönəmində çəki ilə bağlı probleminiz olub? 
- Məndə heç vaxt çəki problemi olmayıb, metabolizmim yaxşıdır. Bir kq kökəlsəm də, 1-2 məşqlə həmin çəkini ata bilirəm. Elə də çox əziyyət çəkməmişəm. Əsas olan odur ki, kondisiyaları yenidən bərpa edək. Çünki 3 ay nə qədər evdə oturub məşq etsək və nə qədər qaçsaq, bu, futbol oynamaq kimi deyil. Ona görə ilk oyunlarda heç bir komandanın hazır olmadığı görünəcək. 3 həftə məşq etsələr də, heç bir kollektiv 100 faiz hazır olmayacaq. 

Mənbə: Report.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

19:10

I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

18:52

Taekvondoçularımız İsveçrədə mübarizə aparacaqlar

18:24

Azərbaycanın U-17 qızlar millisi Bakıda toplanışa başlayıb

17:46

Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

17:29

Azərbaycan cüdoçuları AÇ-nin ikinci günündə medal qazana bilmədilər

17:08

"Eyforiyaya qapılmaq niyyətində deyilik" - "Xankəndi"nin baş məşqçisi

16:50

Sürprizlərlə başlayan çempionat və ya "Ağstafa Gəncləri" nə "deyir"?

16:32

"Liverpul" gənc fransalı ilə müqavilə bağladığını açıqladı

16:14

"Neftçi"dən ayrılan bosniyalının yeni klubu bilindi

15:55

"Real Madrid" fransalı ulduza ÇL-də ehtiyac duymadı

15:32

Robinyonun oğlu A Seriyasında - RƏSMİ

15:13

"Kəpəz" - "Şamaxı" oyununa neçə bilet satıldığı bilindi - SON DURUM

14:54

"Futbolçularıma deyirəm ki, ağlınız Premyer Liqaya və ya 2-ci Liqaya getməsin" - Elnur Abdullayev

14:30

Zeynalov Qran-prinin qalibi oldu

14:10

Çempion "Sabah" lider "Zirə" ilə oyuna neçə itki ilə çıxacaq?

13:51

39 yaşlı Vardi Premyer Liqaya qayıda bilər - SON DURUM

13:32

"Rəqibə demək olar ki, qol epizodu vermədik" - "Şahdağ Qusar"ın baş məşqçisi

Facebookdan bizi izləməyi unutmayın.
X