22:52 27.08.2020 1067

Ayxan Abbasov: \"Getmək mənim üçün qorxaqlıq olar\"

"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya”sına qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, yerli çalışdırıcı 0:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransına qatılıb. Öncə oyun haqda fikirlərini bölüşən mütəxəssis ardından jurnalistlərin suallarını cavablandırıb:
 
- Əlbəttə, rəqibin gücünü bilirdik. Hardasa ilk hissədə onların hücumlarının qarşısını ala bildik. Dəyişikliklər etdik, amma rəqib müdafiəni yara bilmədik. Reallıq budur ki, bizi çətinliklər gözləyir. Ancaq bir şeyə sevinə bilərik ki, gənclərimiz bu gün Avroliqa təcrübəsi qazandı. Bu oyunu unudub, çempionata köklənməliyik. Vuruşduq, amma ustalıq öz sözünü dedi.
 
- Təcrübədən əlavə məğlubiyyətə daha nələr səbəb oldu? 
- Futbolçuların fərdi ustalıqlarını götürsək, rəqib bizdən üstün idi. Bəzi futbolçulardan gözlədiyimiz performansı görmədik. Rəqib haqda informasiya toplamışdıq, üstün cəhətlərini bu gün meydanda gördük. Vaxt lazımdır. Avroliqada uğur qazanmaq istəyirsənsə, başqa şeylər də lazımdır.
 
- Əli Qurbani oyunda heç nə ilə yadda qalmadı. Onu məcbur meydanda saxladız, yoxsa necə? 
- Əlinin ilk hissədə epizodu var idi. İkinci hissədə də kiçik detallar var idi. Son anda çətin transfer etmişik. Bizim seçimimiz də çox deyil. Qısa zamanda nələrisə dəyişmək çətindir.
 
- İndiki vəziyyətdə demək olar ki, sizi avtomatla tankın önünə atıblar. Nə düşünürsüz, necə olacaq?
- Mən bura gəlməklə risk etmişdim, hələ də edirəm. Burdan getmək mənim üçün qorxaqlıq olar. Bu gün meydandan qaçmaq qorxaqlıqdır. İşimiz vuruşmaqdır, inanıram ki, yaxşı olacaq. Çünki ötən il də çəkdiyimiz əziyyətin bəhrəsini gördük.
 
- Bu gün normal transfer etmək üçün büdcəniz azdır. Rəhbərliklə yeni transferlərin olmasıyla bağlı danışacaqsız? 
- Transferlərə ehtiyacımız var. Belə çox çətin olacaq. 1-2 futbolçu var ki, onları gətirmək istəyirik. Ən azı 2 futbolçu lazımdır. Yeni transferlər olmazsa, Premyer Liqada bizim üçün çox çətin olacaq.
 
- "Meydançadan qaçmaq qorxaqlıqdır" dediz. Gedən futbolçulardan inciməmisiz? 
- Futbolçulara təkliflər gəlir və bu da onların öz seçimləridir. Heç kimdən inciməyə haqqımız yoxdur. Bəzi futbolçular da var ki, yaxşı təklifləri olsa da, bizimlə qalmağı seçdi. Onlara da təşəkkürümü bildirirəm.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
21:25

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

Facebookdan bizi izləməyi unutmayın.
X