14:55 31.08.2020 1577

"Qarabağ" üçün 109 yaşlı rəqib

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Püşk Azəraycan çempionunu Norveçin "Molde" klubu ilə üz-üzə qoyub.

Fanat.Az xəbər verir ki, "Molde" futbol klubu Norveçin eyniadlı şəhərində 19 iyun 1911-ci ildə yaradılıb. Klub əvvəlci "İnternational" adlandırılıb. 1915-ci ildə isə "Molde" adlandırılıb.

Komanda ev oyunlarını 11.249 nəfər azarkeş tutumu olan Aker stadionunda keçirir. Arena 1998-ci ildə iş adamları Kyell İnge Rokke və Byorn Rune Qyelsten tərəfindən kluba hədiyyə olunub.

"Qarabağ"ın rəqibi tarixi ərzində 4 dəfə Moldova çempionu (2011, 2012, 2014, 2019), 9 dəfə gümüş mükafatçı (1974, 1987, 1995, 1998, 1999, 2002, 2009, 2017, 2018), 3 dəfə bürünc mükafatçı olub (1977, 1988, 1990). "Molde" həmçinin 4 dəfə Moldova Kubokunun qalibi (1994, 2005, 2013, 2014) adını qazanıb, 3 dəfə ikinciliklə kifayətlənib (1982, 1989, 2009).

Komanda 109 illik tarixə malik olsa da, ilk çempionluğu 100 illiyində hazırda "Mançester Yunayted"in baş məşqçisi olan Ule-Qunnar Şulşerin rəhbərliyi altında əldə edib. 

İndiyədək avrokuboklarda 94 oyun keçirən komanda 32 qələbə qazanıb, 25 heç-heçə edib və 37 dəfə uduzub. Top fərqində isə kiçik üstünlükləri var - 130:123. Son ölkə çempionu 1999/00 mövsümündə "Real", "Portu" və "Olimpiakos"дф ilə birgə Çempionlar Liqasının qrupunda oynayıb. 

"Molde" müxtəlif vaxtlarda Norveçin II və III liqalarında da mübarizə aparıb. "Ağ-göylər" 1994, 2005, 2013 və 2014-cü illərdə ölkə kubokuna da sahib olub. 

Komandaya Erlinq Moe başçılıq edir. 50 yaşlı norveçli mütəxəssis 2015-ci ildə baş məşqçi təyin edilib. Daha sonra 3 il köməkçi-məşqçi işləyib və 2018-ci ildən yenidən baş məşqçi postunu tutub.

"Molde"nin heyətində İsveçdən 2, Qambiya, Nigeriya, Belçika, ABŞ və Kot-D`İvuardan 1 legioner çıxış edir. 

Qeyd edək ki, "Qarabağ" "Molde" ilə ilk dəfə üz-üzə gələcəyinə baxmayaraq, daha əvvəl Norveçin digər tanınmış klubu "Rusenborq"la qarşılaşıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 2009-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində səfərdə rəqibi ilə qolsuz heç-heçə edib, Bakıda Rəşad Sadıqovun yeganə qolu ilə qələbə qazanıb - 1:0. Ağdam təmsilçisinin avrokuboklarda uğurlu çıxışının əsası da məhz həmin rəqiblə qoyulub.  

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

16:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

14:57

KL: Liqa mərhələsinə vəsiqə uğrunda 24 oyun

14:05

"Araz-Naxçıvan" "İmişli" ilə oyuna bir itki ilə çıxacaq

13:44

Dünya Seriyası: Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

Facebookdan bizi izləməyi unutmayın.
X