16:32 05.10.2021 307

Cavid İmamverdiyev: “Kəpəz\"in tarixinə düşmək istəyirəm”

“Mən inanmıram ki, “Qarabağ-2” ilə oyunda biz bütün gücümüzü göstərdik. Məncə, nəyə qadir olduğumuzun 30-40 %-ni sərgilədik. Bundan da daha yaxşı oyun, nəticə göstərə bilərik”. 

Fanat.Az xəbər verir ki, “Kəpəz”in futbolçusu Cavid İmamverdiyev klubun mətbuat xidmətinə açıqlamasında belə deyib. 

O, komandanın qarşıya qoyulan hədəfə çatmaq üçün gücə sahib olduğunu bildirib: 

“Yaxşı kollektivimiz, baş məşqçimiz var. Sadəcə, oyun alınmayanda, alınmır. Həm də yeni komandayıq, tam formalaşmamışıq. Bunu da nəzərə almaq lazımdır. Əksəriyyət futbolçular ilk mövsümdür ki, biz yerdə oynayırlar. Bir-birimizi daha yaxşı başa düşmək üçün vaxt lazımdır. İstək, həvəs var. “Qarabağ-2” ilə görüşün də ikinci hissəsində yəqin hamı komandanın necə mübarizə apardığını gördü”.

Ağdam təmsilçisinə qarşı III turun görüşündə 4:2 hesabı ilə qazanılan qələbədə Cavid də pay sahiblərindən biri olub. Hesabın 2:2 olduğu vaxtda məhz onun vurduğu qol “Kəpəz”i hesabda irəli keçib. İmamverdiyev zamanla daha yaxşı formada olacağını əlavə edib: 

“Mən mövsümün əvvəlində də bura elə-belə gəlmədyimi bildirmişdim. Yenə deyirəm, “Kəpəz”in tarixinə düşmək istəyirəm. Divizionda qalib olub komandamla birlikdə Premyer Liqada mübarizə aparmaq arzumdur. “Kəpəz” adına uğur qazanmaq, əvvəlki Cavidi xatırlatmaq istəyirəm. Buna da nail olaram”.

Futbolçu ilk turda zədələndiyindən növbəti görüşdə meydana çıxa bilməmişdi. Sonuncu oyunda isə ikinci hissədə əvəzetmədən meydana daxil olub: 

“Azarkeşlərin məni meydana səsləməyi çox xoşuma gəldi. “Kəpəz” azarkeşləri futbolu başa düşən, futbolla yaşayan azarkeşlərdir. Mənə və komandaya verdikləri dəstəyə görə onlara təşəkkür edirəm. İnşallah, onlar üçün çempion olacağıq. Nəticədən asılı olmayaraq tərəfdarlarımızdan hər zaman dəstək gözləyirik. Fanatların dəstəyi gücümüzü artırır, bizi qələbələrə ruhlandırır. Həmişə yanımızda olsunlar”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 May 2024
22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

19:40

Almaniyada oynayan futbolçu Almaniyaya gedə bilməyəcək

19:30

"90 dəqiqə rəqibdən üstün oynadıq" - Ayxan Abbasov

18:54

Rəşad Sadıqov Tovuzdakı  qələbəni belə şərh etdi

17:40

Avropa Kuboku: Azərbaycan millisi növbəti medalı qazandı

17:00

"Karyeramla bağlı müəyyən planlarım var" - Qazaxıstan klubundan ayrılan milli üzvü

16:20

İngiltərə nəhəngi türkiyəli ulduzla anlaşdı - SON DURUM 

15:47

"Borussiya Dortmund"un məşqçisi "Beşiktaş"da - Danışıqlar başladı

15:16

“Bakı Marafonu-2024”ün qalibləri bəlli oldu

14:38

"Bunu demək üçün mütəxəssis olmaq lazım deyil" - Aslan Kərimov

13:59

Qvardiola 5:1-i və Holandın pokerini dəyərləndirdi

13:23

Bakıda keçirilən turnirə yekun vurulur

12:52

Tyaqo Silva yeni klubu ilə razılığa gəldi - Detallar 

12:00

"Öz oyunumu necə qiymətləndirə bilərəm? Çox pis” - Rza Cəfərov

11:40

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

11:00

Günün oyunları bu kanallarda - AFİŞA 

10:38

“Bakı Marafonu 2024” marafonu start götürdü

10:00

Messi şou göstərdi - Argentinalı karyerasında ilk dəfə bunu reallaşdırdı

09:26

Avropa Kuboku: Cüdoçularımızdan ilk gündə 10 medal

01:40

"Real" 36-cı çempionluğunu rəsmiləşdirdi

01:25

“Monako”dan darmadağın

01:10

"Sassuolo" yenə "İnter"ə qənim oldu

00:51

"Bayern"dən növbəti məğlubiyyət

00:12

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

04 May 2024
23:50

Şahruddinin komandası səfərdə sevindi

23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

22:46

“Qarabağ” müdafiəçisi ilə yeni müqavilə bağladı

22:40

"Azarkeşlərdən üzr istəyirəm" - Miodraq Bojoviç

21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X