Futbol üzrə Türkiyə 1-ci liqasında 11-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Namik Ələsgərovun formasını geyindiyi “Bursaspor” Vüsal İsgəndərlinin komandasını – “Keçiörengücü”nü qəbul edib.
Oyun Bursa təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
Azərbaycanlı futbolçular da bu matçın iştirakçısı olublar. Onların hər ikisi start "11-lik"də meydana çıxıb. Namik 73, Vüsal isə 74-cü dəqiqədə əvəzlənib. İsgəndərli 53-cü dəqiqədə sarı vərəqə alıb.
“Bursaspor” 11 turdan sonra 14 xalla 19 kollektiv arasında 7-ci, “Keçiörengücü” isə 7 xalla 18-ci pillədə mövqe tutub.
Nihat