16:56 28.01.2022 972

"Nəyisə bəhanə gətirməməliyik" - Əfran İsmayılov

"Səbail" klubu mövsümünün ikinci yarısının hazırlıqlarını Bakıda keçib. 

Paytaxt təmsilçisinin futbolçusu Əfran İsmayılov Fanat.Az-a açıqlamasında komandanın təlim-məşq toplanışından sonraki vəziyyətini dəyərləndirib. 

"Keçdiyimiz hazırlığı normal dəyərləndirirəm. Baxmayaraq ki, təlim-məşq toplanışı Bakıda keçirtdik, hər şey yüksək səviyyədə idi. Məşq etdiyimiz stadion yaxşı vəziyyətdə idi. Yoxlama görüşləri də keçirtdik. Ümumi götürəndə hazırlığımızı pis dəyərləndirmirəm. Demək olar ki, 70-80 faiz hazırıq. Qarşıda bizi "Zirə" ilə ağır kubok oyunu gözləyir. Çempionata da tam hazır vəziyyətdə olmaq üçün çalışırıq".

- Bu qış bir neçə futbolçu - Elşən Abdullayev, Turan Manafov, Elton Əlibəyli klubu tərk etdilər. Bu o deməkdir ki, "Səbail" taleyi ilə barışıb?

 - Bəli, komandamızı bir neçə futbolçu tərk etdi. Hamısına uğurlar arzulayıram. Çalışırıq yeni transferlər edək. Qışda kluba cəlb etmək üçün yeni futbolçular tapmaq çətindir. Bundan əlavə, legionerlə bağlı mövcud limit var. Əlimizdən gələni etməyə çalışırıq. Yaxşı yerli oyunçu tapsaq, cəlb edəcəyik. Əks halda, əlimizdə olanlarla davam edəcəyik. Nəyisə bəhanə gətirməməliyik. Ciddi şəkildə hazırlaşıb çempionatda yüksək yerlər uğrunda mübarizə aparlmalıyıq. Qarşıdakı kubok oyununa da ciddi şəkildə hazırlaşmalıyıq.

- Komandanın özəyini nisbətən yaşı çox olan futbolçular təşkil edir. Siz, Rahid Əmirquliyev, Rauf Əliyev, Şəhriyar Rəhimov... Sizə elə gəlmir ki, "Səbail" karyerasının qürub çağını yaşayan futbolçuların ümidinə qalıb? 

- Bəli, komandanın özəyini futbolumuzun "ağsaqqallar"ı təşkil edir. Mən, Rahid Əmirquliyev, Şəhriyar Rəhimov, Rauf Əliyev... Komandanın yükü hərtərəfli bizim üzərimizə düşür. Bu yalnız komandanın oyununu əhatə etmir. Yəni təkcə futbolla deyil, önümüzə çıxan problemlərdə komandaya dəstək oluruq. Öz təcrübəmizdən istifadə edib kömək olmağa çalışırıq. Gənc futbolçularla təcrübəmizi bölüşürük. Çalışırıq ki, onlar öz üzərlərində işləyib yüksək səviyyəli futbolçu olsunlar və milli komandaya düşsünlər. Ümumiyyətlə, istər yaşlı, istərsə də gənclər olsun, biz komplekt olaraq komanda işi görürük. Bundan da ən yaxşı şəkildə faydalanmağa çalışacağıq.

 - Futbolçu karyerasını başa vuran Kamran Ağayev "Səbail"dən arıldı. Milli komandada qapıçılar üzrə məşqçi kimi çalışacaq. Necə düşünürsünüz, bunun üçün erkən deyil?

 - Kamranın yaşının çox olmasına baxmayaraq, bizim üçün olduqca önəmli qapıçı idi. Onun gedişindən sonra qapıçı problemi yaşayırıq. Bunu danmaq olmaz. Ancaq nə edə bilərik? Bu, onun qərarıdır və hər kəs buna hörmətlə yanaşmalıdır. Kamran bir qapıçı kimi karyerasında ən yüksək zirvələrə gedib çıxa bilib. Ona gələcək işlərində uğurlar arzulayıram. Bundan da yaxşı yerlərdə olsun! Kamran nə qərar veribsə, biz ona hörmətlə yanaşırıq. 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:10

KL: "Neftçi" "Dinamo Minsk"i qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X