Azərbaycan Premyer Liqasında 19-cu turunda "Sabah" ilə qarşılaşacaq "Qarabağ" oyuna ciddi itkiylə çıxacaq.
Fanat.Az-ın məlumatına görə, "köhlən atlar"ın kolumbiyalı müdafiəçisi Kevin Medina sabahkı görüşdə komandasına kömək edə bilməyəcək.
29 yaşlı müdafiəçi ötən tur "Qəbələ" ilə matçda sarı vərəqə alıb ki, bu onun cari mövsümündə 4-cü xəbərdarlığıdır. Belədə, Medina cəzalı duruma düşüb.
"Sabah"da isə bu gün İntizam Komitəsi tərəfindən 5 oyunluq diskvalifikasiya olunan məşqçi Vitali Kovalyov cəzalı olduğu üçün texniki zonada yer ala bilməyəcək.
Mirağa