11:35 16.03.2022 1403

"Narahat idim ki, ölkədə qapıçı problemi var" - Hüseyn Məhəmmədov

Azərbaycan milli komandası Novruz bayramından dərhal sonra səfərə çıxacaq. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv martın son həftəsini Maltada keçirəcək. Martın 25-də bu ölkənin yığmasıyla, 29-da isə eyni məkanda Latviya ilə yoldaşlıq görüşləri nəzərdə tutulub. İtaliyalı baş məşqçinin heyəti martın 18-19-da keçiriləcək 20-ci turdan sonra açıqlayacağı gözlənilir.

Hazırda millidə "1 nömrə" ilə bağlı vəziyyət qeyri-müəyyəndir. Bakıdakı son toplanışda - Lüksemburqla DÇ-2022-nin son seçmə oyununda və Qətərlə görüşdə düşərgədə üç qapıçı olub ki, onlardan Şahruddin Məhəmmədəliyev və Emil Balayev hazırda zədəlidir. Belədə De Byazinin kim(lər)ə dəvət göndərəcəyi maraq doğurur. 

Fanat.Az olaraq bu haqda Azərbaycan yığmasının keçmiş qapıçısı Hüseyn Məhəmmədovun fikirlərini öyrəndik. Veteran əlcək sahibi milliyə qapıçı seçimində narahatlığa əsas görmür: 

"Açığı, bir müddət əvvələ kimi narahat idim ki, ölkədə qapıçı problemi var. Bu gün bir qədər pozitivəm. Kamran Ağayevin bu yaxında karyerasını başa vurmasına, Şahruddin Məhəmmədəliyevlə Emil Balayevin əməliyyat olunmasına baxmayaraq, yenə də seçim imkanının bolluğu narahatlığa əsas yeri qoymur. Premyer Liqa klublarının bir neçəsində "1 nömrə" məhz yerli qapıçıdır. Konkret, Səlahət Ağayev "Sabah"da, Nicat Mehbalıyev "Qəbələ"də, Mehdi Cənnətov "Zirə"də, Anar Bayramov "Sumqayıt"da müntəzəm çıxış edir. İki həftə əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov çempionat oyununda 19 yaşlı gənc qapıçı Amin Ramazanovu start heyətində meydana buraxdı. Bir sözlə, naümid olmayaq. 

Fikrimcə, Canni De Byazi Mehdi Cənnətov, Səlahət Ağayev və Nicat Mehbalıyevə dəvət göndərə bilər. Çünki üçü də Premyer Liqada müntəzəm və inamlı çıxış edir. Düzdür, o birilərə baxanda Nicat bir qədər təcrübəsizdir. Millidə olmayıb. Amma ən azı dəvət almağı haqq edir. Çağırılsa, qalanı özündən, millidəki rəqabətdən, çalışqanlığından asılı olacaq". 

Hüseyn Məhəmmədov bu üç qapıçından "1 nömrə" adına real namizədini də açıqlayıb: 
"Nicatda bəyəndiyim əsas xüsusiyyət çox sərbəst olmasıdır. Fərqi yoxdur bir qol buraxıb və ya dördünü, təşvişə düşmür. Yəni soyuqqanlı və sərbəstdir. Bu, qapıçı üçün vacib məqamdır. Səhv hamıda olur, əsas odur sarsılmayıb komandaya faydalı olasan. 

Səlahət digərləri ilə müqayisədə təcrübəlidir. Millidə xeyli oynayıb, komandaya köməyi dəydiyi oyunlar da olub. Fikrimcə, Mehdi və Nicatla müqayisədə "1 nömrə" olmağa o daha şanslıdır. Bununla belə, məşqçilərin Maltadakı oyunlara yanaşmasından da çox şey asılı olacaq. Yoldaşlıq görüşləridir, ola bilər ki, hamıya şans versin, qapıçıların da hamısını sınasın. Belə olsa, Nicata da debüt etmək imkanı verilə bilər. İstənilən halda, baş məşqçilərin qərarı həlledici olacaq".

Mirağa       

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 Avqust 2026
14:22

Azərbaycan yığması Estoniyanı yendi

13:46

"Vilyarreal"ın nümayəndələri "Sabahın Ulduzları"nda

13:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:48

Tibo Kurtua başladı

12:17

Zidanın oğlu "Qranada"nı digər İspaniya klubuna dəyişdi

11:49

"Mançester Yunayted" gənc kolumbiyalını rənglərinə bağladı - RƏSMİ

11:23

Kulibali üzləşdiyi oğurluq hadisəsinin fotosunu paylaşdı

10:52

Yaponiya millisinin üzvü İngiltərə klubuna keçdi

10:26

"Barselona" müdafiəçisini İngiltərə nəhənginə icarəyə verir

09:38

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Çempionatın startına qədər 60-70 faiz hazır olacağıq" - Həşimov baxışa çağırdığı legioneri bəyənəcəkmi?

01:16

Nəriman Axundzadə "Erzurumspor"da - RƏSMİ

07 Avqust 2026
23:32

"LANDAU Lions" amerikalı basketbolçunu heyətinə qatdı

22:48

FİFA-dan Manuel Uqarte qərarı

22:12

Azərbaycan və İran arasında idmanda əməkdaşlığa dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı imzalanıb

21:48

"Barselona"ya gürcü hücumçu gəlir

20:45

"Sumqayıt" Qətər klubu ilə heç-heçəyə razılaşdı

20:41

Mauro İkardi İspaniya yolunda

20:16

İtaliya futbolunda yeni təyinat

19:51

"Səbail"in İdarə Heyətinin üzvləri açıqlandı

19:09

"Mən azarkeşlərimizə güvənirəm" -Yuri Vernidub

18:38

Stolustü tennisçilərimiz Türkiyəyə yollanıblar

18:04

Diomande "Real"ın məşqinə qatılmadı

17:42

Serdar Dursunun yeni klubu müəyyənləşdi

17:26

"Sabah" Bakıda səfərdəki kimi inamli oynasa, qələbə qazanacağına şübhə etmirəm" - Elgiz Kərəmli

17:08

"Zirə" Namik ilə yollarını ayırdı - RƏSMİ

16:50

"Qarabağ"ın problemi hücum xəttidir" - Ağasəlim Mircavadov

16:32

İspaniyalı müdafiəçi "Bornmut"da - RƏSMİ

16:13

"Sabah" oyunu ilə göstərdi ki, evdə "Orhus"a qalib gələ bilər"

15:46

"Sabah" Həmzə Çoudrini transfer edə bilməyəcək?

15:29

Avropa çempionu Qazaxıstan millisinə baş məşqçi təyin edildi

15:11

MOİK rəsmiləri Xankəndiyə yollanır

14:53

Azərbaycan yığması Şimali Makedoniyaya qalib gəldi

14:34

"El Klassiko" Türkiyədə keçirilə bilər

14:17

"Şəfa" son yoxlama oyunlarını keçirdi

13:59

"Qarabağ"ın növbəti mərhələyə adlayacağına ümid edir və inanıram" - Samir Əliyev

13:41

Fransa klubu Lukakunu rənglərinə bağlamağı planlaşdırır

13:22

Türkiyə millisinin qapıçısı La Liqada oynayacaq - RƏSMİ

13:04

"Barselona" Rodriyə görə 50 milyon avro verəcək

12:51

"Qalatasaray" Martinellini istəyir

Facebookdan bizi izləməyi unutmayın.
X