
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 26-cı turunun matçını - "Sabah"la ev oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, komandasının 0:2 hesablı məğlubiyyətini şərh edib:
"Bizim üçün rotasiya etmək çətindir. Futbolçular əllərindən gələni etdilər, amma alınmadı. Çalışacağıq ki, çempionatı layiqli şəkildə başa vuraq.
Qapımıza penalti təyin edildi. Bu, qonaqlara psixoloji üstünlük verdi. Bilirdik ki, rəqib əks-hücumlarda çox təhlükəlidir. Diqqətli oynamalıydıq. Amma ilk hissədə 2 top buraxdıqdan sonra İkinci yarıda daha çox risk etməyə başladıq. Son dəqiqələrdə Nikolas Raysel qol epizodunu dəyərləndirə bilsəydi, bəlkə də 1 xal qazana bilərdik. Rəqibin hücum xəttində sürətli və fərdi ustalığı yüksək olan oyunçular var: Bu amil həlledici oldu. Ona görə də penaltini boşa vermələrinə baxmayaraq, oyun intizamını itirmədilər".
Hacıyev sonda zədədən əziyyət çəkən qapıçı Rəşad Əzizlinin durumuna da toxunub: "Müalicəsi davam edir. İki gün sonra fərdi məşqlərə başlayacaq".