15:11 11.05.2022 752

Qəddini düzəlt, "Neftçi" !

"Neftçi"nin ötən mövsüm qazandığı dramatik çempionluq böyük yox, çox böyük hadisə idi. Bakılıların yeddi illik həsrətə son qoya biləcəyinə yəqin ki, 2020-ci ilin payızında ən nikbin fanatlardan başqa heç kim inanmırdı... Amma alındı. Samir Abasovun rəhbərlik etdiyi kollektiv Ahmed Ahmedovun "Qarabağ"ın qapısına vurduğu həmin mistik qol sayəsində ölkə çempionatında at oynadan "köhlən atlar"ı daha bir "qızıl"dan məhrum etməyi bacardı.

Təbii, o çempionluğun ardından "ağ-qaralar"ın avrokuboklarda heç nə edə bilməməsi acizanə mənzərə idi. Görünən bu idi ki, Abasov və klubun seleksiyaçı-məşqçiləri oyunçu seçimində "yandırıb", heyətə qatılanlar yola salınanlardan da zəif çıxıb. Gec də olsa, ayılan, kluba böyük ölçüdə faydası dəyməyən idman direktoru Ceyhun Sultanovu Zaur Əzizovla əvəzləyən rəhbərlik belə desək, ziyanın yarısından qayıtmağa çalışdı. Həmin ilin yayında heyətə cəlb edilən əcnəbi "turistlər"in mövsümün ortasındaca yola salınması isə gözlənilən addım idi. 

Şübhəsiz, qışda yaxşı futbolçu tapmaq müşkül məsələdir. Mövsümün yarısını uğursuz oyunçu seçimi üzündən boşa verən komanda yanvar-fevral aylarında vəziyyəti 180 dərəcə dəyişə bilməzdi. Paytaxt təmsilçisinin ötənilki sonluqdan nəticə çıxaran favoritlə - "Qarabağ"la mübarizə aparmalı olduğunu nəzərə da nəzərə alsaq, çempionluq şansı 5 faizdən artıq deyildi. Söhbət nəzəri yox, reallıqla uzlaşan ehtimaldan gedir.

Hə, Romen Bask ("Şatoru", Fransa), Fəhmin Muradbəyli ("Keşlə", icarə), Sabir Buqrin ("Esperans", Tunis), Harramiz Soareş, Xorxe Korrea, Mamadu Kane ("Olimpiakos", Yunanıstan) ilə vidalaşan "ağ-qaralar"ın qışda etdiyi transferlərə ağız büzmək olmaz. Azər Salahlı ("Keşlə"), Eddi İsrafilov (klubsuz), Elton Əlibəyli ("Səbail", icarədən qayıtdı), Gilyerme Pato ("İnternasional", Braziliya), İvan Brkiç ("Riqa", Latviya), Azər Əliyev ("Ufa", Rusiya) kimi yenilər arasında özünü yaxşı tərəfdən göstərənlər və uzun illər "Neftçi" forması geyinməyi haqq edənlər var. Avrokubok fiaskosundan sonra - ötən ilin sentyabrında heyətə qatılan iki braziliyalıdan biri olan Tiaqo Bezerranın isə yaşının 34 olması acı təəssüf doğurur. Ramon Maçado sıravi çıxışla yadda qalsa da, "qoca" Bezerra dəfələrlə səhnəyə çıxaraq adından söz etdirib. Məntiqlə, azı daha bir mövsüm bu komandada qala, yaxşı legioner hücumçunun transfer qiymətinin, maaş tələbinin "əl yandırdığı" vaxtda işə yaraya bilər.

Yeni mövsümdən büdcəsində də artım gözlənilən "Neftçi"nin növbəti çempionluq şansı necə, real görünürmü? Ötən ilin yayında olduğu kimi, hegemon "Qarabağ"ı növbəti dəfə "taxtdan salmaq" mümkündürmü? Əlbəttə! Yaxşı transferlər, yüksək motivasiya və futbolun yazılmamış qanunlarına əməl etmək şərti ilə az şansı çoxaltmaq olar. Amma necə? 

Cari mövsüm gümüş medalları vaxtından əvvəl təmin edən bakılıların kənardan kiçik görünən böyük problemləri Konfrans Liqasında mübarizə başlamamış yoluna qoyması birinci şərtdir. Klubdaxili toplantıda mövcud durum götür-qoy edilməli, ilk öncə baş məşqçi Samir bəyin özü təlimatlandırılmalıdır. Yəni büdcə artsa, yeni idman direktorunun əlaqələri hesabına samballı transferlər edilsə belə, indiki Abasov - azarkeş münasibətləri ilə ciddi uğura ümid etmək absurddur. Son turda səfərdə "Qəbələ"yə uduzan "xalq komandası"nın çalışdırıcısının fanatlar barədə söylədiklərinə bir daha diqqət yetirək:

"Həyatda mövqeyi olmayan insanlardır. Onlar ötən mövsüm yanımızda fırlanırdılar. Bir neçə ay öncə məni göyə atan adamlardır. Məni bura azarkeşlər gətirməyib. Klub nə qərar versə, o da olacaq. Azarkeş heç nəyi həll etməyəcək. Boş verin, getsin...

İnanın dediklərimə, vaxt olub futbolçularla fanatlar arasındakı münasibəti mən düzəltmişəm. Amma görünən odur ki, azarkeşlərimiz özü də bir nöqtəyə vurmur. Onlar bir neçə yerə parçalanıblar. Təzyiq "Neftçi"də həmişə olub, olacaq da. Bundan qorxmaqla inkişaf etmək olmaz. Türkiyədə müsahibə verərkən demişdim ki, bizim azarkeşlər sırf nəticə azarkeşidir! Fanatlardan biri mənə deyirdi ki, biz çempion ola bilməyəcəyimizi bilirik, əsas komandamız ruhla oynasın. Bu sözləri deyən azarkeş bu gün mənə "istefa" qışqırır. Mən bunu normal hesab etmirəm. Deməli, mən həm haqlıyam, həm də haqsızam. Neçə ildir futboldayam, görməmişəm ki, azarkeş klub rəhbərini və ya məşqçisini dəyişsin".

44 yaşlı çalışdırıcının tribunalardan inciməsinin də, tərəfdarlar barədə dilə gətirdiyi sözlərin də səbəbi bəllidir. Ancaq belə açıqlama yuxarıda qeyd etdiyimiz yazılmamış qanunlara qarşı üsyandır. Acı reallıq budur ki, baş məşqçi emosiyalarını cilovlaya bilmədiyi üçün bütün camiəyə qurşaqdan aşağı zərbə vurub. Bəlli məsələdir, azarkeşlərin rəhbərliyin əvəzinə qərar vermək səlahiyyəti yoxdur. Ancaq iki, beş, on beş fanatı hədəfə alaraq bütün tərəfdarları aşağılamaq da bariz qeyri-peşəkarlıq nümunəsidir. Ortada daha bir incə məqam var: kimliyindən asılı olmayaraq heç bir mütəxəssis məhz "Neftçi"nin "sükanı arxası"nda tribunalarla hesablaşmadan o komandada uzun müddət qala, ortaya keyfiyyətli iş qoya bilməz. Bir halda ki, meydanda mübarizə aparan futbolçu motivasiyanın çoxunu tribunlaradan alır, deməli, Samir bəy çox yanılır. Yəni azarkeşlərin əlində klub prezidentinin möhürü olmasa belə, onların təyinatlara təsir gücü heç də  az deyil. Məsələn, hər dəfə meydanda etdiyi səhvə görə fitə basılan oyunçunun özünəinamı itir və ya fanatlarla yola getməyən mütəxəssis hansısa matçda büdrədiyi anda dəstək əvəzinə "istefa" şüarlarına qonaq edilir. Yalnız bizdə yox, səviyyəsinə qibtə etdiyimiz Avropa futbolunda da yüzlərlə belə nümunələr var. 

Əslində yazını uzatmaq, necə deyərlər, başqa simlərə də toxunmaq olar. Fəqət indiki durumda camiə baş məşqçisindən aldığı zərbədən sonra qəddini düzəltməli, öncə tərəfdarlarının könlünü almağın yollarını axtarmalıdı. Qalan hər şey sonrakı məsələdir. Büdcə də, transferlər də, təlim-məşq toplanışları da.

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 Aprel 2024
16:04

"Borussiya" rəhbərliyi Hummelslə bağlı qərarını qətiləşdirdi

16:02

"Beşiktaş" Azərbaycan millisinin sabiq üzvü ilə yolları ayırdı

15:43

"Liverpul"la fəxr edirəm" - Pep Qvardiola

15:19

Olmo İspaniya nəhənginə keçməyə yaxındır - Danışıqlar başladı

14:53

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatı start götürdü

14:26

"Dünyaya gələcək qızımın ölümünü arzuladıqlarını yazırlar" - Joau Kanselu

14:03

"Neftçi" "Zirə"yə qarşı onlarsız mübarizə aparacaq

13:35

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:19

"Barselona" Xavini ispanla əvəzləyir 

12:59

Salah qərarını qətiləşdirdi - Onu 233 milyon avroya istəyirlər

12:32

Kişi şahmatçılar arasında Azərbaycan Çempionatı: Yarımfinalçılar bəlli oldu

12:17

"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı

12:00

Kadi Borges "Qarabağ"a qayıdır? - AÇIQLAMA

11:39

"Real Madrid" Naçonun yerinə 18 yaşlı istedadı transfer edir - SON DURUM

11:14

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

10:45

MPL: "Qarabağ" "Qəbələ"ni, "Zirə" "Neftçi"ni qəbul edir - YENİLƏNİR

10:08

"Mehdiabad" 1/8 finala yüksəldi

09:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

19 Aprel 2024
19:30

Ayxan Abbasov "Sumqayıt"a darmadağını şərh etdi

19:10

"Uduzsaydıq, Allah bilir nələr olacaqdı" - Samir Abasov

19:01

Ançelotti Arda Gülerə vəziyyətdən çıxış yolunu göstərdi

18:27

MPL: "Sumqayıt" "Turan Tovuz"u darmadağın etdi 

17:53

"Qarşıdakı altı oyunda azarkeşlərimiz bizə çox lazımdırlar" - Vircil van Deyk 

17:31

Rəhbərlik "qal" desə belə... - Tuxel açıqladı

17:13

Türkiyə millisinin baş məşqçisi İtaliya klubunu çalışdıra bilər

16:49

"Barselona" "Kamp Nou"ya bu tarixdə qayıdacaq

16:26

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

15:57

Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq

15:35

Rus vinger hansı İngiltərə nəhənginə keçəcək?

15:18

Rəşad Sadıqov 3 futbolçusunu "Neftçi"yə qarşı oynada bilməyəcək

14:59

"Bu, Müllerin də xoşuna gəlmir, mənim də" - Tomas Tuxel

14:41

Kroos bu yay "Real"dan gedəcək? - Özü dedi

14:23

"Mən "Real" fanatıyam, əlbəttə ki, şad oldum" - "Mançester Yunayted"in futbolçusu

14:07

Almaniya Futbol İttifaqı Nagelsmann ilə müqavilə yenilədi

13:43

"Sabah" "Kəpəz"lə oyuna 4 itki ilə çıxacaq - AÇIQLAMA

13:25

"Qəbələ" israilli futbolçusu ilə vidalaşdı -  RƏSMİ

13:17

Almaniya futbolu üçün əlamətdar mövsüm - Bunu 29 il gözlədilər

12:54

"Liverpul"u keçməyə medal düşür" - Can Pyero Qasperini

12:30

Konfrans Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

12:11

MPL: Turun təyinatları bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X