"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Səbail"ə 3:0 hesabı ilə qlaib gəldikləri oyundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 50 yaşlı çalışdırıcı Premyer Liqanın 27-ci turunda qazandıqları qələbəni belə dəyərləndirib:
"Futbolçularımı təbrik edirəm. Hər birinə görə sevindim. Bir az həyəcanlı olduqları hiss olunurdu. Həm də istəkli idilər. Gənclərin, demək olar ki, hamısının əzələlərində problem oldu. Bu da həyəcan və yüklənmədən irəli gəlir.
Mövsümün sonuna yaxın futbolçuları öz formalarından tam uzaqlaşdırmaq da olmaz. Özünüz də görürsünüz, hər matçda rotasiyalar edirdim ki, oyun praktikası itirilməsin. Gələn matçda az oynayan futbolçular meydanda olacaqlar. Balansı qoruyub-saxlayırıq. 12 nəfəri çıxmaq şərtilə, futbolçular yetərincə şans qazanırlar. Gənclər U-21-in heyətində də meydana çıxırlar".
Qurbanov "Neftçi"yə qarşı son tur matçına eyni heyətlə çıxmayacaqlarını vurğulayıb: "Başqa dəyişikliklər olacaq. Bu gün Marko Veşoviçə istirahət vermişdim. Abbas Hüseynov isə zədəlidir. Hərçənd kubokun finalna çıxmaq ehtimalı var. Amma hələ məşqlərə başlamayıb. Yəqin, "23-lük"də olacaq. Lakin meydana çıxacağına inanmıram. Qəbələyə final matçından 1 gün əvvəl yollanacağıq.