"Səbail" klubunda yeni baş məşqçi təyinatı olacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl "Turan Tovuz"dan ayrılan Rövşən Babayev paytaxt klubunda çalışacaq.
Təcrübəli mütəxəssis "Səbail"in əvəzedicilərinin baş məşqçisi postuna gətirilməsi planlaşdırılır.
45 yaşlı mütəxəssisin xəbərlə bağlı açıqlaması belə oldu: "Bəlkə də maraqlanırlar, ancaq mənə rəsmi təklif gəlməyib. Bir müddət əvvəl adım "Araz-Naxçıvan" və "Mingəçevir" klubları ilə də hallandırılırdı. Göründüyü kimi, işsizəm. "Turan Tovuz"dan sonra heç bir klubla rəsmi qaydada danışıq aparmamışam".
Qeyd edək ki, "Səbail-2" mövsümün gedişində "Araz-Naxçıvan"a üz tutan Azər Bağırovun gedişindən sonra müvəqqəti olaraq Səbuhi Həsənova tapşırılıb.
Mirağa