
“Səbail” yarımmüdafiəçisi Ruslan Hacıyevlə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, tərəflər 2 illik yeni sözləşməyə imza atıblar.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Dənizçilər” daha öncə müdafiəçi Adil Nağıyevlə anlaşma yeniləmişdi.