Bu gün Qazaxıstanın "Turan" klubu ilə müqaviləsini pozan Emil Balayevin yeni komandası məlum olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan millisinin qapıçısı karyerasını "Səbail"də davam etdirəcək.
Xəbəri Bayıl klubunun icraçı direktoru Fərəc Əliyevlə dəqiqləşdirmək istədik. Onun saytımıza açıqlaması belə oldu: "Gizlətmirəm, Emillə bağlı danışığımız olub. Mümkündür ki, komandamıza keçsin. Amma hələ ortada rəsmi bir şey yoxdur. Yəqin ki, danışığımızı davam etdirəcəyik".
Qeyd edək ki, Emil Balayev 2017/2019-cu illərdə "Səbail"də çıxış edib.
Mirağa