“Neftçi” Azərbaycan Premyer Liqasının 6-cı turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sumqayıt” üzərində qələbədən sonra bir günlük istirahətə buraxılan "ağ-qaralar" senytabrın 5-də hazırlığa başlayıb.
Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşq olub. Məşqdə zədəlilər – Azər Salahlı, Sezar Meza Kolli və Vato Arveladzedən başqa bütün futbolçular iştirak ediblər.
Sentyabrın 10-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyununa saat 18:00-da start veriləcək.