17:31 09.11.2022 609

"Şahruddin bir az halsızlaşmışdı..." - Qurban Qurbanov

Misli Premyer Liqasının III turundan təxirə salınmış oyunda "Qarabağ" səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib. 

Fanat.Az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında qələbəni dəyərləndirib:

"Bütün tovuzlulara yaratdıqları ab-havaya görə təşəkkür edirəm. 25-26 il əvvələ qayıtdım."Uzun illərdir görmədiyim insanları gördüm. Mənim üçün çox xoş oldu. Hər birinə təşəkkür edirəm. Tovuzdan həmişə razı qalmışam. Rəqibə uğurlar arzulayıram. Bu azarkeşlər yaxşı nəticələrə layiqdirlər".

Qarşılaşma ilə bağlı fikirlərini bölüşən Qurbanoiv vacib 3 xal qazandıqlarını vurğulayıb: "Yorğun səfər idi. 3 gündən bir oyunlarımız olur. Buna baxmayaraq, futbolçular qalib gəlməyi bacardı. Təəssüf ki, yorğunluğumuz bir az da artdı. Xüsusilə də süni örtükdə. Azarkeşlərimizə təşəkkür edirəm. Ayxan Abbasov və komandasına uğurlar arzulayıram".

Matçın sonlarında zədələnən Şahruddin Məhəmmədəliyevin durumuna toxunan baş məşqçi 28 yaşlı qapıçının ağrılarının olduğunu və çox da rahat hərəkət edə bilmədiyini əlavə edib: "Bir az halsızlaşmışdı. İndi özünə gəldi. Bakıya qayıtdıqdan sonra dəqiq diaqnoz qoyulacaq. Meydança yeni olsa da, süni örtük ağırdır. Mən bunun tərəfdarı deyiləm. Marko Veşoviç də ilk hissədə ağrılar hiss etdi. Bunlar futbolçunu çox geri salır. "Turan Tovuz"un da 7 futbolçusu zədəlidir. Onlar burada məşq edirlər. Bundan çıxış yolu tapmaq lazımdır. Belə meydandakı oyundan 5-6 gün keçdikdən sonra futbolçular özlərinə gəlir. Əlavə yüklənirlər və mikro zədələr çox olur. Bütün meydançalarımızın təbii örtüklü olmasını istəyirəm".

Qurbanov növbəti turda "Sabah"a qarşı keçirəcəkləri oyundan da söz açıb: "Çalışacağıq ki, komandanı maksimum bərpa edək. Güclü rəqibə qarşı gözəl oyun göstərmək istəyirik. Hələ vaxtımız var. Əvvəlki matçda rotasiyalar olmuşdu. “Sabah”la görüşdə də bu mümkündür. Amma inanmıram ki, qlobal dəyişiklik olsun".

O, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin Kiyev "Dinamo"sunun Azərbaycanda yerli klublardan biri ilə yoldaşlıq oyunu keçirə biləcəyi barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Belə komandalarla yoldaşlıq oyunları bizim üçün xoş olar. Amma öz cədvəlimiz var. Uyğun olan vaxtda bunu edə bilərik. Futbolçularımızı nəzərə almalıyıq. Boş vaxtımız olsa, məmnuniyyətlə qəbul edərik. İşimizə mane olacaqsa, yaxınlarda gözlənilmir. Ümumiyyətlə, müzakirə etmək olar".

Mütəxəssis transfer məsələsinə də toxunub: "Yorğunluqla bağlı sözlərim şikayət kimi qəbul olunmasın. Reallıqları deyirəm. Bir neçə futbolçu cəlb etməyi çox istərdik. Heyətdə 22-23 oyunçu olsa da, bəzən əlimizdə 14-15-i qalır. Daim uğur qazanmaq üçün heyətin geniş olması şərtdir. Bütün xətlərə oyunçu axtarırıq. Hər şey idealdır deyə bir düşüncəmiz yoxdur. Həmişə əlimizdə olanları daha yaxşı səviyyəyə çatdırmağa çalışmışam. Mənim üçün ürəyini meydanda qoyan, kluba sadiq insanlar çox önəmlidir. Rəqabəti daha da aktivləşdirmək istəyirik. Amma əlimizdə olanlara da güvənirik".

O, ötən çempionatla hazırkı mövsümü də müqayisə edib: "Oyun sayı artıb. Bu, sevindirici haldır. Bölgələrə gəlmək futbolumuz üçün çox xoşdur. Keçən il avrokubokda yaxşı mövsüm keçirdik. Demək olar ki, o tempi qoruyub saxlaya bilmişik. Builki avrokubok oyunlarımız daha baxımlı oldu. Çox güclü rəqiblərlə qarşılaşdıq. Hər matç böyük ajiotaja səbəb oldu. Hər yerdə bizim oyunlarımızı isləmək üçün xeyli sayda azarkeş yığılırdı. Bu da rəqiblərin ciddiliyi ilə əlaqədardır. Bu, Azərbaycan futbolunun inkişafı üçün böyük təkandır. Azarkeşlərə futbolu sevdirmək lazımdır. Çempionatın səviyyəsinə gəldikdə, 13 qələbə qazansaq da, bizim üçün elə də asan olmadı. Bütün matçlarda futbolçular əziyyət çəkdi. İnkişaf görürəm. Yerli futbolçularımızın sayı çoxalıb. Ustalıq səviyyəsi çox olmaya bilər, amma təcrübə artdıqca yaxşılaşacaq. Bütün klubların həm maddi, həm struktur cəhətdən daha yaxşı olmasını arzu edirəm".

"Qarabağ" ardıcıl 13 qələbə ilə Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Lakin Qurbanov statistikaya bir o qədər önəm vermədiyini deyib: "Bilirəm ki, hər oyun qalib gəlmək lazımdır. Futbolçuları tam aktiv oyuna hazırlamağa çalışırıq. Qarşıda bizi çətin matçlar gözləyir. Dayanmalı deyilik. Keçmiş statistikaya yönəlməməli, qarşıdakı matçlara istiqamətlənməliyik".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:10

KL: "Neftçi" "Dinamo Minsk"i qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X