Azərbaycan Basketbol Federasiyası ABL-in final seriyası üçün oyunların təqvimini açıqlayıb.
Fanat.Az xəbər verir ki, mayın 19-da NTD və "AAAF Xırdalan" komandaları üçüncü yer uğrunda görüşə çıxacaq. Görüş saat 19:30-da başlayacaq.
Mayın 20-də “Sabah” və “Gəncə” arasında final seriyasının görüşlərinə start veriləcək. Daha sonra komandalar mayın 22-də və 24-də üz-üzə gələcək.
Çempion üç qələbəyə əsasən müəyyənləşəcək.
Üç oyundan sonra çempion müəyyənləşməsə, mayın 27-də dördüncü, mayın 30-da isə beşinci görüş keçiriləcək.
Bütün qarşılaşmalar Bakıda, “Sərhədçi” İdman Kompleksində keçiriləcək və saat 19:30-da başlayacaq