Basketbol üzrə Dünya Qadın Seriyasının Astara mərhələsinə start verilib.
Azərbaycan Basketbol Federasiyasından Fanat.Az-a verilən məlumata görə, turnirin açılış oyununda gənclər və idman naziri Fərid Qayıbov və elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.
İlk görüş Almaniya və Ukrayna milliləri arasında baş tutub. Qarşılaşmada ukraynalılar 15:14 hesablı qələbə qazanıblar. B qrupunda isə favorit Çin millisi Avstriya komandasına 13:14 hesabı ilə məğlub olub.
C qrupunda ilk oyununu keçirən Azərbaycan millisi Polşa seçməsi ilə oyundan 7:22 hesablı məğlubiyyətlə ayrılıb. D qrupunda qərarlaşan “Neftçi” klubu Rumıniya millisinə qalib gəlib - 15:12.