Filippindəki "Moll of Aziya-Arena"da basketbol üzrə dünya çempionatının ilk 1/4 final matçı başa çatıb.
Fanat.Az xəbər verir ki, yarımfinal uğrunda mübarizədə Serbiya və Litva yığmaları üz-üzə gəliblər.
Qarşılaşma serblərin 87:68 hesablı qələbəsi ilə başa çatıb. Görüşün ən məhsuldar oyunçusu hesabına 21 xal yazan Boqdan Boqdanoviç olub. Litva seçməsinin heyətində 14 xal toplayan Tadas Sedekerskis fərqlənib. Svetislav Peşiçin yetirmələri yarımfinalda Kanada - Sloveniya cütünün qalibi ilə qarşılaşacaqlar.
Bu gün turinirin digər yarımfinal dueli də reallaşacaq. Bakı vaxtı ilə 16:40-da İtaliya və ABŞ yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
Üç ölkənin - İndoneziya, Yaponiya və Filippinin birgə təşikilatçılığı ilə keçirilən DÇ-2023 10 sentyabradək davam edəcək.
Nihat