“Sabah”ın basketbol komandasının baş məşqçisi Boban Mitev FİBA Avropa kubokunun qrup mərhələsində Türkiyənin "Baxçaşəhər" klubuna ilə oyundan sonra fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, o, komandasının 65:83 hesablı məğlubiyyətini belə şərh edib:
“Nəticəyə görə azarkeşlərdən üzr istəyirik. İlk hissədə hücumda səhvlərimiz oldu. "Baxçaşəhər" kimi rəqibə qarşı oyunda bu cür səhvlər qəbuledilməzdir. 4-cü periodda aradakı xal fərqini azalda bildik. Düşünürəm ki, hesab oyuna görə olmadı".