Azərbaycanın basketbol klubu "Şəki" legionerlərinin biri ilə yolları ayırdığını açıqlayıb.
Fanat.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, bu, konqolu Lenda Duanqadır.
Tərəflərin müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdikləri bildirilib. Yaxın günlərdə heyətə 2 yeni legioner cəlb ediləcəyi də diqqətə çatdırılıb.