"NTD-İndiqo"nun basketbolçusu Elşad Şirzadov "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun matçından açıqlama verib.
Fanat.Az xəbər verir ki, kapitan fkirlərini klubun mətbuat xidmətinə bölüşüb:
"Bu görüş qrup liderini müəyyənləşdirəcək. Ancaq "Sabah" qələbə qazana bilməsə, mübarizəni dayandıracaq. Rəqib üçün bu oyun daha vacibdir. Biz növbəti raundu artıq təmin etmişik. Amma matça "Şəki" və ya "Sərhədçi"yə qarşı oyunlardakı kimi eyni motivasiya ilə çıxacağıq. Çempionatda iki dəfə "Sabah"a uduzmuşuq. Bu görüşdə yalnız qələbə haqqında düşünürük".
Yaxşı yerli basketbolçularımız var. Buna görə də bizi favorit hesab edirlər. Amma "Sabah"ın da heyətində güclü yerli oyunçular var. Qardaşım Şirzad, Endar Polanxanlı. Düşünürəm ki, bizi çox maraqlı oyun gözləyir".
Qeyd edək ki, martın 27-də reallaşacaq "Sabah" - "NTD-İndiqo" qarşılaşması saat 19:30-da start götürəcək.