“Neftçi” İdman Klubunun basketbol komandası heyətini iki yeni oyunçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bunlar ABŞ-dən olan Bobi Harvi və Brendon Saqzdır.
Onlar daha əvvəl müvafiq olaraq “Portland State” və “New Mexico State” klublarının formasını geyiniblər.
“Neftçi” daha əvvəl dörd oyunçunun transferini açıqlamışdı.