Azərbaycan Basketbol Liqasında X turun daha bir oyunu keçirilib.
Fanat.Az-ın məlumatına görə, Şəki Olimpiya İdman Kompleksində şəhərin eynuadlı komandası "Gəncə"ni qəbul edib.
A qrpunun oyunu qonaqların 78:73 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sərhədçi" "Sumqayıt"ı (86:83), "Naxçıvan" "Quba"nı (78:69), "Ordu" isə "Lənkəran"ı (84:72) məğlub edib. X tura dekabrın 21-də yekun vurulacaq.