
Polşanın Varşava şəhərində FIBA 3x3 qadın basketbolu üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Erika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer, Dina Ulyanovadan ibarət Azərbaycan millisi bu gün növbəti sınağına çıxacaq.
Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv pley-in mərhələsində Litva ilə üz-üzə gələcək. Qarşılşama saat 22:00-da start götürəcək. Qalib dörddəbir finala vəsiqə qazanacaq.
Xatırladaq ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub (13:19).
Yarışa iyunun 7-də yekun vurulacaq.
Dünya çempionatı
Pley-in mərhələsi
5 iyun
22:00 Azərbaycan – Litva