
Azərbaycan Basketbol Liqasında 1-ci tur davam edir.
Fanat.Az-ın məlumatına görə, bu gün daha bir görüş baş tutacaq.
çərşənbə günü start götürən açılış turu çərçivəsində NTD ilə "Sumqayıt" qarşılaşacaq.
Bakı İdman Sarayında baş tutacaq görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turun ilk oyununda son çempion "Sabah" "LANDAU Lions"a 84:74 hesabı ilə qalib gəlib.
ABL
1-ci tur
2 oktyabr
19:00. NTD - "Sumqayıt"
Bakı, İdman sarayı.
Xatırladaq ki, 1-ci turun digər oyunları 3 ("Ordu" - "Gəncə") və 4 oktyabrda ("Naxçıvan" - "Neftçi") baş tutacaq. "Naxçıvan" - "Neftçi" matçı Bakı klubunun avrokubok təqvimində dəyişiklik olacağı halda, təxirə salına bilər.
Mirağa