
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, “Gəncə” “Ordu”nun qonağı olub.
Bakı İdman Sarayındakı qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 92:90.
Xatırladaq ki, daha əvvəl “Sabah” “LANDAU Lions”u (84:74), “Sumqayıt” NTD-ni (111:94) məğlub edib. “Naxçıvan” – “Neftçi” görüşü Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakına görə təxirə salınıb.