Basketbolun əfsanəsi Maykl Cordanın (Michael Jordan) NBA-da keçirdiyi ilk mövsümdə geyindiyi ayaqqabılar hərraca çıxarılıb.
Fanat.Az xəbər verir ki, 58 yaşlı veteran basketbolçunun 1984-1985-ci illər mövsümündə 5-ci oyununda geyindiyi 48 ölçülü ayaqqabının 1-1,5 milyon dollara satılacağı gözlənilir.
Buna kimi ən baha satılan ayaqqabı rekordu da məhz Cordana məxsusdur. Əfsanənin 1985-ci ildə geyindiyi ayaqqabılar 600 min dollara satılıb.
Röya