Azərbaycan Basketbol Liqasında III tura start verilib.
Fanat.Az xəbər verir ki, turun açılış oyununda iki paytaxt komandası "Sabah" və "Neftçi" üz-üzə gəlib. Qarşılaşmada birincilər 70:65 hesablı ilə qalib gəlib.
Görüşün Ən məhsuldar basketbolçuları "Sabah"dan Kamran Məmmədov (16 xal), "Neftçi"-dən Mohsen Moradxani (12 xal, 8 ribaund) olublar.
Günün ikinci oyununda çempionatın ilk iki turunda qələbə qazanmış "Gəncə" komandası "AAAF Xırdalan" basketbolçuları ilə qarşılaşıb.
Oyuna fəal başlayan gəncəlilər yekunda 94:84 hesabı ilə qələbə qazanaraq turnir cədvəlinin ilk pilləsinə yüksəliblər.
Ən məhsuldar basketbolçular "Gəncə BK"-dan Cəbrayıl Əkbərov (33 xal - 5 ribaund), "AAAF Xırdalan BK"-dan (Deymon Makdouel 35 xal - 8 ribaund) olublar.
Qeyd edək ki, 3-cü turun digər iki görüşü ("NTD BK" - "Zirvə Astara BK", "Olimpik Şəki BK" - "Sərhədçi PİK") 29 oktyabr tarixində baş tutacaq.