Azərbaycan Basketbol Federasiyası ABL-in 4-cü turunun oyun cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, qarşılaşmalar noyabrın 2-də və 5-də “Sərhədçi” İdman Mərkəzinin idman zalında keçiriləcək.
2 noyabr
18:30 NTD – AAAF Xırdalan
21:00 "Neftçi" - "Olimpik" (Şəki)
5 noyabr
17:30 "Sabah" - "Gəncə"
20:00 "Zirvə" (Astara) - "Sərhədçi"
Qeyd edək ki, üç turdan sonra NTD və "Gəncə" hərəyə 6 xalla ilk iki pilləni bölüşdürür. "Sabah"la "Neftçi"nin 5, "Sərhədçi" və "AAAF Xırdalan"ın 4, "Zirvə" ilə "Olimpik"in 3 xalı var.