Bu gün basketbol üzrə Azərbaycan Liqasında VI tura start veriləcək.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə bir görüş keçiriləcək. Lider “Sabah” 5-ci pillədəki “Sərhədçi” ilə üz-üzə gələcək.
Matç saat saat 19:30-da başlayacaq.
Turun digər oyunları isə növbəti günlərdə keçiriləcək:
19 noyabr
17:30 NTD - "Gəncə"
20:00 "Zirvə" (Astara) - "Neftçi"
20 noyabr
18:30 "AAAF Xırdalan" - "Olimpiya" (Şəki)
Turun bütün oyunları “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.