Bu gün Azərbaycan Basketbol Liqasında 8-ci tura start veriləcək.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə NTD ilə “Sərhədçi”, daha sonra “Neftçi” ilə “AAAF Xırdalan” münasibətləri aydınlaşdıracaq.
Hər iki oyun “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
16:30 NTD – "Sərhədçi"
19:00 "Neftçi" – "AAAF Xırdalan"
Turun daha iki qarşılaşması dekabrın 3-də və 4-də keçiriləcək. Həmin oyunlar Astarada təşkil olunacaq.