Bu gün Daşkənddə (Özbəkistan) boks üzrə dünya çempionatı başa çatacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin boksçusu Alfonso Dominqes (86 kq) bu gün final döyüşünü keçirəcək.
Həlledici görüşdə onun rəqibi rusiyalı Şarabutdin Atayev olacaq.
Qeyd edək ki, qələbə qazanacağı təqdirdə Dominqes 2 qat dünya çempionu olacaq. O, daha əvvəl 2021-ci ildə qızıl qazanıb. Hazırda komandanın hesabında Məhəmməd Abdullayevin (+92 kq) qazandığı bir bürünc medal var.