
PSJ-nin hücumçusu Randal Kolo Muani “Yuventus” ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, İtaliya klubu 27 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb.
Tərəflər arasında 2031-ci ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Razılaşmaya əsasən, Turin təmsilçisi transfer üçün PSJ-yə 38 milyon avro ödəyəcək. Müqavilədə 12 milyon avro məbləğində bonus bəndi də yer alıb.
Qeyd edək ki, fransalı oyunçu 2025-ci ildə icarə əsasında “Yuventus”un formasını geyinib və 22 oyunda 10 qola adını yazdırıb.
Əlisahib İbrahimli