
“Sevilya” “Real Madrid”in qapıçısı Fransisko Xavyer Qonsales Peresi heyətinə cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı Əndəlus təmsilçisinin mətbuat xidməti yayıb.
Tərəflər arasında 2031-ci ilin iyun ayınadək müddətə nəzərdə tutulan müqavilə imzalanıb.
21 yaşlı qolkiper ötən mövsüm “kral klubu”nun əsas komandasının heyətində meydana çıxmayıb. Lakin 2024/2025 mövsümündə, 19 yaşında La Liqanın XXX turunda "Santyaqo Bernabeu"da "Valensiya" ilə qarşılaşmada "Real"ın əsas komandasında ilk rəsmi oyununu keçirib. O, əsasən “Kastilya”nın formasını geyinərək 28 oyunda iştirak edib.
Qeyd edək ki, o həmçinin İspaniyanın U-19 yığması ilə 2024-cü ildə Avropa çempionu olub. Gənc qolkiper, İspaniyanın U-21 yığmasında da 3 matçda forma geyinib.
Əlisahib İbrahimli