Boks üzrə Azərbaycan yığması Daşkənddə (Özbəkistan) keçirilən dünya çempionatının ümumi hesabında yeddinci yeri tutub.
Fanat.Az xəbər verir ki, yığmamızın aktivinə Alfonso Dominqes (86 kq) gümüş və Məhəmməd Abdullayev (+92 kq) bürünc medal yazdırıb. Eyni nəticəni daha iki komanda - Monqolustan və Braziliya göstərib.
Ev sahibləri (5-2-2) birinci, Qazaxıstan (4-1-0) ikinci, Rusiya (2-0-4) üçüncü olub.