22:55 20.11.2023 104

“Erməni ilə final döyüşünə psixoloji cəhətdən tam hazır idim”

“İlk gündən özümü finalda gördüyümdən və buna inandığımdan, erməni rəqiblə döyüşə psixoloji cəhətdən tam hazır idim”.

Fanat.Az xəbər verir ki, bunu Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olan Nicat Hüseynov (51 kq) finalda ermənistanlı Rudolf Qarboyanı 5:0 hesabı ilə məğlub etdiyi görüş barədə danışarkən deyib.

İkiqat qitə çempionu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında həlledici duelə rahat çıxdığını bildirib: “Püşkdən sonra yarımqruplara baxdıqda bilirdim ki, finalda erməni ilə qarşılaşacağam. Çünki o, zəif yarımqrupda yer almışdı. Bütün əziyyətimi, olanları gözümün qarşısına gətirib rinqə yalnız qələbə üçün çıxdım və qalib gələrək, Azərbaycan himnini səsləndirdim”.

19 yaşlı boksçu bildirib ki, yarışa yollanarkən yeganə hədəfi ikinci dəfə Avropa çempionluğunu qazanmaq olub: “Avropa çempionu titulumu qoruduğum üçün sevincliyəm. Fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı yenidən bacardım. Çempionatdan əvvəl ikinci dəfə Avropa çempionu olacağımı gözləyirdim. Ötən il Xorvatiyada keçirilən yarışın qalibi olmuşdum. Öz-özümə deyirdim ki, bu il də çempion olmalıyam. Hədəfim qızıl medal idi və bunu da əldə etdim”.

N.Hüseynovun sözlərinə görə, yarışda ən çətin döyüşü yarımfinala təsadüf edib: “Bütün döyüşlərimi hakimlərin yekdil qərarı – 5:0 hesablı qələbə ilə bitirdim. Yarımfinal döyüşündə türkiyəli Semih Gümüşə qarşı bir anlıq həyəcan keçirdim. Amma yekunda yenə inamlı qələbə qazandım”.

Azərbaycan millisi U-22-lərin Avropa çempionatında 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 Dekabr 2023
14:39

"Roma" Mourinyunun postunu ona tapşıracaq

14:22

Klopp darmadağını dəyərləndirdi

14:05

Mudrikin rus sevgilisi ukraynalılara müraciət etdi

13:47

"Molde" bizdən yaxşı oynadı" - Aslan Kərimov

13:31

"Liverpul" 4-cü dəfə bunu bacardı

13:14

Qazaxıstan klubu rus məşqçiylə anlaşdı - RƏSMİ

12:55

Ançelotti Mourinyudan və "Roma"dan nə danışdı?

12:38

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə "gümüş" qazandı

12:21

Kevin Medinanın son durumu - AÇIQLAMA

12:04

Di Mariya "Benfika"nı bu kluba dəyişəcək

11:47

Millinin oyunlarına təyinatlar bilindi

11:30

"Qarabağ"ın qolkiperi ilk "5-lik"də

11:12

Bu gün daha 7 güləşçimiz mübarizə aparacaq

10:54

Qrizmann Feliksin "Atletiko"dan gedişinin səbəbini açıqladı: "Bura aid deyildi"

10:35

Millimiz B Liqasına yüksələ biləcək?

10:17

Kapitan Madrid nəhəngini tərk edəcək

09:59

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:41

Kloze bu klubu çalışdıracaq - Anlaşma əldə olundu

09:22

Həftənin ən yaxşısı adına namizədlər bilindi - "Qarabağ"ı məyus edən futbolçu da var

09:05

"Qarabağ" Azərbaycanın reytinqini artırdı

03:00

“Qarabağ”ı məğlub etmək çətindir”

02:54

“Qışda 2 oyunçu transfer etmək istərdim” - Qurban Qurbanov

02:41

Konfrans Liqası: “Beşiktaş”la “Fənərbağça” böyük hesabla uduzdu

02:21

Avroliqa: “Bayer”dən inamlı qələbə, “Liverpul”dan darmadağın

01:58

“Qarabağ” Norveçdən 1 xalla qayıdır

30 Noyabr 2023
23:24

“Məğlubiyyət bizə dərs oldu”

22:39

“Dinamo”dan Konfrans Liqasında Mahirsiz qələbə

22:02

GİN 2023-cü ilin ən yaxşılarının seçiminə start verib

21:43

50-ci ev oyunu

21:22

Liqa 1 klubunda yeni baş məşqçi

21:00

Mərakeş yığması Bakıda çempion oldu

20:41

Millimizin Rumıniya ilə oyunu polşalı hakimlərə tapşırıldı

20:22

Azərbaycanın daha 5 güləşçisi DÇ-də medal qazandı

20:00

Bakıda güləş üzrə beynəlxalq turnir keçiriləcək

19:41

“Sumqayıt”ın ayağı sınan futbolçusu əməliyyat olundu

19:22

Favoritlərdən böyükhesablı qələbələr

19:00

Əsgərova Avropa Həndbol Federasiyasından növbəti təyinat

18:42

Fransa klubu baş məşqçisi ilə bağlı qərarını rəsmən açıqladı

18:21

Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə

18:00

İPL-də noyabrın ən yaxşı məşqçisi adına namizədlər bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X