Beynəlxalq Boks Assosiasiyası (IBA) Beynəlxalq Yay Olimpiya Federasiyaları Assosiasiyasından (ASOIF) kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, qərar bu gün ASOIF-in Baş Assambleyasında qəbul edilib.
IBA-nın olimpiya hərəkatından çıxarılması əsas səbəb kimi göstərilib.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) ötən ilin yayında IBA-nı tanımadığını açıqlayıb. Qərar İdman Arbitraj Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Buna Beynəlxalq Boks Assosiasiyasının son beş ildə maliyyə və idarəetmə problemlərini həll edə bilməməsi səbəb olub.