Azərbaycan boksundan bəhs edəndə onun adı mütləq çəkilir.
Keçmiş SSRİ-də ad çıxarıb Azərbaycan idmanına lazım olmayan Ədalət Məmmədovun rinqdə üz-üzə gəldiyi rəqiblər hazırda federasiya prezidenti, deputat, klub rəhbəri olduğu halda, bakılı balası torpağın altında yatır. Ədalətin karyerası boyu hansı ədalətsizliklərlə üzləşdiyini bilmək istəyirsizsə, Sportfm.az-ın baş redaktoru Araz Əhmədovun, zərbəsi ilə dünyanı silkələyən Ədalət Məmmədovun qısa və faciəli həyatına həsr etdiyi videosüjeti izləməyiniz məsləhətdi.