Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Evander Holifild 1997-ci ildə Mayk Taysonla keçirilən döyüşünü xatırlayıb.
Fanat.Az xəbər verir ki, Holifild "Daily Mail"ə açıqlamasında, Taysonu dişləmək istədiyini, lakin son anda fikrindən daşındığını bildirib:
"O, mənim qulağımı dişləmişdi. Heç kimin ağlına belə bir şey gəlməzdi. Döyüşün gedişində buna ehtimal vermirsən.
Necə əsəbi olduğum yadımdadı. Mən də onu dişləmək istəyirdim. Amma komanda üzvlərimdən biri mənə Taysonun planlarından bəhs etdi və sakitləşməyi tövsiyə etdi. Mən fikrimdən daşındım, o isə yenə məni dişlədi.
Döyüş bitəndən və ara sakitləşəndən sonra düzgün addım atdığımı anladım. Məncə, hərəkətim boksu xilas etdi".
Fanat.Az