Sosial mediada etdiyi paylaşımlarla gündəm olan məşhur boksçu Endi Ruiz Jr. bu dəfə "Instagram"dakı bir canlı yayımla müzakirə mövzusuna çevirilib.
Fanat.Az xəbər verir ki, həyat yoldaşı Julie Ruizə xəyanət etdiyi deyilən idmançının başqa bir qadınla öpüşdüyü video yayılıb.
Videonu "Chamonic" adlı bir səhifə paylaşıb. İçkili olduğu görünən Endi adı açıqlanmayan bir qadınla öpüşür.
Görüntüləri izləyən Julie Ruiz qısa açıqlama verib: "Nə olursa-olsun, insanlar bunu mənə göndərəndə çox utanıram. Sən axmaq bir insansan və hər şeyi hər kəsə göstərdin".
Fanat.Az