Britaniyalı boksçu Alan Minter dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə yerli Boksa Nəzarət Şurası (BBBoC) məlumat yayıb. 69 yaşlı veteran idmançının ölümünə uzun müddətdir davam edən onkoloji xəstəliyin səbəb olduğu bildirilib.
Dünya Boks Asossiasiyasının (WBA) versiyası üzrə orta çəkidə çempion olmuş Minter 1972-ci ildəki olimpiadada bürünc medal qazanıb. Onun hesabında 39 qələbə və 9 məğlubiyyət var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol