11:58 06.02.2021 1003

Yığmamızın sabiq üzvü: "Okeanın o tayından təklif aldım"

"Həvəskar boksda karyeramı bitirsəm də, idmançı kimi çıxışımı davam etdirirəm. Həyatım idmanla bağlıdır və bu səbəbdən hazırda peşəkar boksda qüvvəmi sınayıram".

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında yığma komandanın sabiq üzvü Ramal Amanov deyib.

37 yaşlı idmançı həvəskar boksla məşğul olduğu illəri xatırlayıb. Dünya çempionatının finalçısı, Dünya Kubokunun ikiqat bürünc medalını qazanmış Amanov bu gün də federasiya və əsas komanda ilə mütəmadi əlaqə saxladığını vurğulayıb.

Hazırda ABŞ-ın Florida ştatının ikinci böyük şəhəri Mayamidə hazırlıq keçən boksçu döyüşlər ərəfəsində səfərə yollandığını bildirib. Həvəskar boksla 2011-ci ildə vidalaşan Ramal millinin son illərdəki durumundan da söhbət açıb: "Mən döyüşlər ərəfəsində ABŞ-a gəlirəm. Tez-tez Bakıda oluram. Həmin zaman yığmanın düşərgəsinə də gedirəm. Hazırki durumla maraqlanır, boksçularımızın iştirak etdikləri yarışları diqqətdə saxlayıram. Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı, Avropa Oyunlarındakı və İslamiadadakı uğurlar alqışalayiqdir. Ölkəmizdə boksun ənənəsi var. Bu, qırılmaz zəncir kimidir. Çünki dövlətimiz idmana xüsusi qayğı göstərir. İnanıram ki, qarşıdakı turnirlərdə də üçrəngli bayrağımızı yüksəklərə qaldırıb, himnimizi səsləndirəcəyik. Mən də məhz bir çox şeylərə həvəskar boksda nail olmuşam. Uğurlarıma uyğun mükafatlara da layiq görülmüşəm. Bu gün həvəskar boksla vidalaşsam da, peşəkar boksda çıxış edirəm. Döyüşdüyüm ABŞ-da da Azərbaycan adından, ölkəmizin bayrağı altında qüvvəmi sınayıram”.

Amanov peşəkar boksa keçidindən və növbəti döyüşündən də danışıb: "2011-ci ildə həvəskar boksla vidalaşdıqdan 2 il sonra Moskvada işləmək istədim və oraya yollandım. Elə alındı ki, ətrafımda idmançılar üstünlük təşkil etdi. Onların təklifi ilə peşəkar boksa başladım. Hətta Rusiya vətəndaşlığı alıb, onların adlarından döyüşməyimi də istədilər. Lakin mən bununla razılaşmadım. ABŞ-a getməyi planlaşdırdım və promoterlərlə danışıqlara başladım. Nəticədə okeanın o tayından təklif aldım. Əsas şərtim o oldu ki, Azərbaycan bayrağı altında döyüşəcəm. Çünki vətənimi çox sevirəm. Hazırda burada dövlətimizi hər sahədə dəstəkləyirəm və ermənilərə qarşı keçirilən aksiyaya mən də qoşulmuşdum”.

Mayamidə hazırlıq keçməklə yanaşı, yeniyetmələrə boksun sirlərini də öyrədən idmançı fevralın 27-də növbəti görüşünə çıxacaq. Onun sözlərinə görə, Los-Ancelesdə baş tutacaq qarşılaşmada əsas hədəfi qələbədir: "Həmin döyüşdə yerli boksçu Leon Lavsonla üz-üzə gələcəyəm. Bu mənim 19-cu görüşüm olacaq. Əvvəlki 18 qarşılaşmadan 16-da qalib gəlmişəm. Onlar arasında Nyu-Yorkda "Madison Square Garden”də 25 min azarkeşin izlədiyi döyüşü qələbə ilə bitirmişəm. İki məğlubiyyətimdən birində gözümdən zədə almışamsa, digərinə daha yaxşı hazırlaşmadığım üçün uduzmuşam. Rəqibim isə hələ məğlubiyyət acısı yaşamayıb. Peşəkar rinqdə keçirdiyi 13 döyüşün hamısını qələbə ilə bitirib. Çalışacam ki, ona bir "ilk” yaşadım”.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

Facebookdan bizi izləməyi unutmayın.
X